banner
banner

Sosİal

Gəncədə rektorların qalmaqalı

Gəncədə rektorların qalmaqalı

Gəncə Dövlət Univerisitetində rektor dəyişikliyindən sonra kompromat savaşı səngimək bilmir. Axar.az-a bölgədən verilən xəbərə görə, Yadigar Əliyevin rektor vəzifəsindən xaric olunması və yerinə onun dövründə prorektor olan Yusif Yusibovun təyinatı tərəflər arasında konfliktə səbəb olub.

Y.Yusibov rektor təyin olunduğu gündən etibarən xələfi ilə çəkişmədədir. Y.Əliyev onun barəsində mətbuata xəbərlər sızdırır, hazırkı rektorun rəhbərliyi altında ali məktəbdə rüşvət tüğyan etdiyini yayır. GDU ilə bağlı yaranmış qalmaqalla bağlı sabiq rektor daha bir məlumat ötürüb.

Mətbuatda gedən xəbərlərə görə, universitetdə təhsil alan sələfi təriqətinə aid tələbələr etiraz aksiyalarına hazırlaşır. Y.Əliyevin bu məlumatı sızdırdığını iddia edən Gəncədəki qaynağımızın sözlərinə görə, GDU-da nə sələfi var, nə də aksiya olacağı gözlənilir.

Sabiq rektorun bu qara piar kampaniyasının arxasında duran səbəb hazırkı GDU rektoru ilə arasındakı intriqadır. Y.Əliyev təhsil nazirinin onunla bağlı sərəncam imzalamasında Y.Yusibovun təsiri olduğunu güman edir.

Mənbənin qeydlərində bildirilir ki, sabiq rektor özü istefa ərizəsi yazsa da, əslində onu buna təhrik ediblər: “Çünki rektor işlədiyi dövrdə Yusibovla yola getməyiblər. Universitetin rəhbər komandası, kafedra müdirləri, dekanlar da ondan narazı qalıb. Yadigar Əliyev kollektivlə hesablaşmayıb. Ondan narazılıqlar isə istefasına səbəb olub. Y.Əliyev isə vəzifədən gedəndən sonra mətbuata məlumatlar ötürməklə qisasını almağa çalışır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.