banner
banner

Gündəm

Naradarandan son xəbər: sosial problemlər, ölənlərin sayı ilə bağlı müəmma...

Naradarandan son xəbər:
Noyabrın 26-da Nardaranda polislə dindarlar arasında baş verən silahlı qarşıdurmadan sonra kənd hələ də polis və Daxili Qoşunların nəzarətindədir. 
Kəndin bütün girişlərində polislər tərəfindən postlar qurulub. Kəndə girən və çıxan bütün maşınlar yoxlanılır. Polis postlarının olduğu yollar beton piltələrlə bağlanıb. Son rəsmi məlumata görə dekabrın 1-dən kənddə keçirilən əməliyyat zamanı həbs edilənlərin sayı 32 nəfərdir. 
 
Nardaranın mərkəzi hissəsi sayılan "İmam Hüseyn" meydanında Daxili Qoşunların qərərgahı yaradılıb. Fövqəladə Hallar Nazirliyi tərəfindən xidmətdə olan əsgərlər üçün çadırlar qurulub.  
 
Musavat.com xəbər verir ki, hazırda Nardaranda sakinləri narahat edən məsələlər sosial problemlərlə bağlıdır. Təbii qazın bir neçə ildir olmaması, məlum hadisələrdən sonra isə elektrik enerjisinin kəsilməsi sakinləri qış aylarında ciddi problemlərlə üz-üzə qoyub. Hazırda kənddə yeni qaz sayğaclarının quşadırılması, qaz borularının təmir edilməsi istiqamətində işlər görülür. 
 
 
Noyabrın 27-dən kəsilən elektrik enerjisinin də nə zaman veriləcəyi sual altındadır. “Azərişıq”dan verilən məlumata görə, işıq xətləri yenidən bərpa olunduqdan, sayğaclar quraşdırıldıqdan sonra sakinlərlə müqavilə bağlanacaq. Müqavilənin şərtləri ilə razı olan sakinlərə elektrik enerjisi veriləcək.

Kənd sakinlərinin hazırda qarşılaşdığı digər problem isə avtobusların hərəkəti ilə bağlıdır. Belə ki, Nardarana gələn avtobuslar kəndin mərkəzinə buraxılmır. Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov musavat.com-a açıqlamasında bildirdi ki, kəndə gələn avtobusların hərəkətinin bərpa olunması ilə bağlı mətbuatda yazılanlar yalandır: “Kəndin mərkəzinə avtobus buraxılmır. Mən heç öz maşınımla kəndə girə bilmirəm. Avtobus kəndin yuxarısına gəlir. Yazıblar ki, avtobuslar kəndə buraxılır. Hanı? Hara gəlir? Biz niyə görmürük?”.
 
Hazırda kənddə qazın, işığın olmadığını deyən N.Kərimov problemlərin tezliklə həll ediləcəyinə ümid etdiklərinə dedi.
 
Polislə qarşıdurmada öldürlənlərin meyitlərinin dəfn edilməsinə gəlincə isə N.Kərimov bildirib ki, 4 nəfəri kəndin “köhnə qəbristanlıq” deyilən ərazisində dəfn ediliblər: “Dörd nəfər dəfn edilib. Onların cənazə namazını qılmışıq. Onlar Sarvan Səfərov, Əkbər Babayev və Rafael, Fərail Bünyatov qardaşlarıdır. Sarvan Səfərov Masallıdandır. Onu burada dəfn etdilər. Dəfn mərasimində Sarvanın atası iştirak edə bilmədi”.
 
Qeyd edək ki, Nardaranda öldürlənlərin meyitlərinin harada olması bir neçə gündür ki, müəmma olaraq qalırdı. Meyitlər dekabrın 4-də ailələrə təhvil verilib. Ölənlərin sayının isə 4 yox, 5 nəfər olduğu bildirilirdi. Polislə qarşıdurmada öldürüldüyü deyilənlərdən biri Abbas Hüseynov idi. Abbas Hüseynovun adı sosial şəbəkələrdə yayılmışdı. Lakin onun adı polisin keçirildiyi əməliyyat zamanı saxlanılanların siyahısında da var. A.Hüseynovun sağ olması ilə bağlı bir neçə gün əvvəl sosail şəbəkədə qardaşının adından məlumatlar aylaşıldı. İndi məlum olur ki, A.Hüseynov ölməyib və ölənlərin sayı 4 nəfərdir. 
 
Masalldıdan olan Sərvan Səfərov Nardaranda basıdırlıb. Rayonun Ərkivan qəsəbəsində isə dekabrın 6-da yas mərasimi təşkil olunub.
 
Xatırladaq ki, silahlı qarşıdurma zamanı iki polis əməkdaşı da dünyasını dəyişmişdi. Onlar II Fəxri Xiyabanda dəfn ediliblər. 
 
 
İlkin Muradov
Musavat.com


Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.