banner
banner

Gündəm

Operativ qərargahdan son məlumat: “Səhərə qədər axtarış gedib, heç kim tapılmayıb”

Operativ qərargahdan son məlumat:

“Axtarış-xilasetmə işləri davam edir. Gəmilər də bütün gecə axtaış aparıb. 1 nömrəli platformanın altında da axtarış aparılıb. Dünən küləyin sürəti yüksək və su da bulanıq olduğundan axtarış nəticə verməyib”.

Bunu hazırda "Günəşli" neft yatağında baş vermiş qəzaya görə yaradılan operativ qərargahda mətbuat konfransı keçirən “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov deyib.

Onun sözlərinə görə, bu gün hava nisbətən düzəldiyi üçün dalğıclar axtarışı davam etdirəcək: “FHN-in  helikopterləri axtarışı davam etdirir. 10 nömrəli platformanın söndürülməsi işləri bu gecə də davam edib. Hazırda fövqəladə hallar naziri, Sərhəd Qoşunları komandanı, gəmiçilik qurumunun rəhbərliyi “Günəşli” yatağındakı 5 nömrəli platformada hansı addımların atılacağı, axtarış işləri və platformanın söndürülməsi ilə bağlı müşavirə keçirirlər. Bu vaxta qədər itkin düşmüş işçilərdən heç kimin tapılması mümkün olmayıb.

1 saat əvvəl məlumat daxil oldu ki, suyun üzündə boş xilasetmə jiletləri tapılıb. Əməkdaşlarımızı göndərdik, məlum oldu ki, bizim əməkdaşların jileti deyil”.

Qeyd edək ki, dekabrın 4-də "Günəşli" neft yatağının 10-cu özülündə dəhşətli qəza baş verib. Qəza güclü yanğına çevrilib. Platformadakı olan 63 neftçinin 33 nəfəri xilas ola bilib. 1 nəfər həlak olub. Qalan 29 neftçi isə itkin düşüb. Hazırda onların axtarışı gedir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.