Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT Xarici İşlər Nazirləri Şurasının Bazeldə keçirilən toplantısı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik, Pyer Andryu, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
APA-nın “Armtoday.info” saytına istinadən verdiyi xəbərə görə, görüşdə E. Nalbandyan Ermənistan hərbi helikopterinin vurulmasından sonra yaranmış vəziyyət və Azərbaycan tərəfinin ritorikasına diqqəti cəlb edib. Münaqişənin sülh yolu ilə həlli prosesinin inkişaf imkanları müzakirə olunub. E. Nalbandyan Ermənistanın həmsədrlərlə birgə səyləri davam etdirməyə hazır olduğunu söyləyib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.