banner
banner

Dünya

NATO-nun baş katibi: “Suriyada müsəlmanlar üçün mübarizə aparmayacağıq”

NATO-nun baş katibi: “Suriyada müsəlmanlar üçün mübarizə aparmayacağıq”
NATO-nun baş katibi Yens Stoltenberq koalisiya qüvvələrinin Suriyada İŞİD-ə qarşı vuruşmaq üçün hərbçi göndərməyəcəyini açıqlayıb.
Y. Stoltenberq İsveçin “Tages-Anzeiger” qəzetinə müsahibəsində deyib ki, bu müharibədə ön cəbhədə döyüşənlər də, qurbanlar da müsəlmanlardır: “İŞİD-ə qarşı döyüşənlərin də əksəriyyəti müsəlmandır. Bu mübarizəni onlar üçün davam etdirməyəcəyik. Suriyaya hərbçi göndərmək yox, yerli silahlı qüvvələri gücləndirmək lazımdır. Oradakı müharibə Qərblə İslam dünyası arasında müharibə deyil. Suriyada radikalizm və terrorçuluğa qarşı mübarizə aparılır. NATO-nun və koalisiya qüvvələrinin gündəmində Suriyaya hərbçi göndərmək məsələsi yoxdur”. 
Baş katib deyib ki, NATO Yeni il bayramından əvvəl Türkiyə ilə bağlı müdafiə paketi qəbul edəcək: “Türkiyə NATO-nun əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi tək ölkədir”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.