Həbsxanada seriala çəkilən Deniz Seki: "Çox kövrəldim..."
13 aydır həbsdə olan müğənni Deniz Seki "Eşkiya Dünyaya Hükümdar olmaz" serialına çəkilib.
Bugünkü seriyada Meryem Çakırbeyli obrazını canlandıran Deniz Çakırla ekranlarda görünəcək müğənni gələn təklif haqda hisslərini bölüşüb: "Layihəni eşitdiyim andan etibarən kövrəldim və həyəcanlandım. Çəkiliş günü komanda və aktyorlar da gələndə lap kövrəldim. Mənim üçün böyük dəstək oldu. Bu axşam mən də serialı həvəslə izləməyi gözləyirəm". Məşhur ifaçı həbsxanada yazıb bəstələdiyi mahnını da ilk dəfə bu seriyada səsləndirib. Seki serialın "Şahin Ağa"sı olan Turqay Tanülkü ilə də kamera qarşısına keçib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.