“Son günlər ciddi gərginlik var” - Müdafiə Nazirliyi
“Bəli, son günlər cəbhə xəttində ciddi gərginlik müşahidə olunur, gərginlik hiss olunacaq dərəcədə artıb. Bu gərginliyi isə ermənilərin özləri yaradır”.
Cia.az xəbər verir ki, bunu milli.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı açıqlayıb.
Nazirliyin sözçüsü bildirib ki, cəbhə xəttində həm atəşkəsin pozulması halları, həm də minaatanlardan istifadə edilməsi halları çoxalıb:
“Erməni tərəfinin onlarla itkiləri var, amma onları bir-bir üzə çıxarırlar. Bu gün bir nəfərin itkisini barədə məlumat yayıblar. Deyirlər ki, snayperlə vurulub. Amma hansı tərəfdə olduğu deyilmir. Biz isə onların itkilərini qeydə almırıq”.
Lakin V.Dərgahlı müşahidə olunan gərginliyin səbəbini açıqlamaqda çətinlik çəkib:
“Bunu nə iləsə əlaqələndirmək olmur. Çünki ermənilərin işi elə ancaq stabilliyi pozmaq, cəbhədə gərginlik yaratmaqdır. Bütün bunların kökü isə birbaşa onların hərbi-siyasi rəhbərliyinə, müdafiə naziri Seyran Ohanyana və prezident Serj Sarkisyana gedib çıxır. Bunun qarşısında ordumuzun gördüyü cavab tədbirlərinin nəticələrinə görə məsuliyyət də Ermənistanın cinayətkar rejiminin, hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.