banner
banner

Hərbİ

Azərbaycan Ordusu düşmənə tankla zərbə endirdi

Azərbaycan Ordusu düşmənə tankla zərbə endirdi
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət kifayət qədər gərginləşib. Son günlər daha da aqressivləşən düşmən hətta Azərbaycanın dinc əhalisini də hədəf seçir. Dekabrın 9-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqələrimizi minaatanlardan və iriçaplı silahlardan atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyinin təmas xəttində vəziyyətə dair 9 dekabr tarixli rəsmi məlumatında isə deyilir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 91 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Qızılhacılı kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
 
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Şıxlar, Qaraqaşlı, Mərzili, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 95 dəfə atəş zərbəsi endirib.
 
Azərbaycanın Müdafiə Nazirliyi xəbərdar edir ki, dinc əhalimizin yaşadığı kəndləri atəşə tutan işğal olunmuş ərazilərdəki təmas xəttinə yaxın yaşayış məntəqələrində yerləşən düşmənin döyüş mövqelərini və hərbi obyektlərini məhv etmək məqsədilə ordumuz cavab tədbirləri görəcək və buna görə məsuliyyət Ermənistanın cinayətkar rejiminin üzərinə düşəcək.
Dekabrın 9-da saat 9.00 radələrində Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti DJI Inspire 1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.
 
Azərbaycan Ordusunun sarsıdıcı zərbələri düşməni təşvişə salıb və hay-küy salmağa başlayıblar, hətta həyasızcasına ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə şikayət də ünvanlayıblar. Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə nazirliyi” Azərbaycan ordusunun təmas xəttinin cənub istiqamətində erməni qüvvələrinin mövqeyinə “ilk dəfə tankdan zərbə endirdiyini” iddia edib. İddialara görə, Azərbaycan ordusu erməni ordusunun mövqelərinə tankdan 5 zərbə endirib. Düşmən tərəf iddia edir ki, Azərbaycan 180 dəfə “atəşkəsi pozub” və erməni mövqelərinə avtomad, qumbaraatan və tanklardan üst-üstə 1500 dəfə atəş açılıb. Erməni tərəfinin digər iddiasına görə, dekabrın 8-də saat 21.10-da Azərbaycan tərəfinin iriçaplı snayperdən açdığı atəş nəticəsində 1991-ci il təvəllüdlü erməni hərbi qulluqçusu Qarik Avanesyan öldürülüb. Qeyd edək ki, son günlər düşmənin təxribatçı hücumları nəticəsində Azərbaycan ordusunun bir zabit, bir gizir, bir əsgəri şəhid olmuşdu. Ordu rəhbərliyi bəyan etmişdi ki, düşmən bu xain hücumlarına görə cavabını artıqlaması ilə alacaq. Elə bundan sonra işğalçı ordunun bir polkovniki əsgərlərimiz tərəfindən məhv edildi. Hazırda erməni mətbuatı cari ilin 11 ayında Ermənistanın 100-ədək itki verməsi barədə Azərbaycan tərəfinin açıqlamasını müzakirə edir. Qeyd edək ki, erməni hakimiyyəti itkilərin 63 olduğu xəbərini yaymışdı və bu gün erməni ictimaiyyəti Sərkisyan rejimindən hesab sorur.
 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı isə “Yeni Müsavat”a açıqlamasında düşmənin iddialarını təkzib etdi: “Tankdan istifadəsi ilə bağlı hər hansı konkret bir söz deyə bilmərəm. Sadəcə bizimkilər silah-sursatı vəziyyətə uyğun olarq tətbi edir. Əvvəllər deyirdilər snayperləri çıxardın, indi nəyi çıxardaq?” Nazirlik rəsmisi işğalçıya müraciətlə bunları bildirdi: “Problemi həll etməyin bir yolu var, işğal olunmuş əraziləri tərk edin! Gedib Kasprşikə şikayət edirsiniz. Bəs, bir müddət əvvəl özünüz Kaspşiki atəşə tutmuşdunuz, monitorinq vaxtı, onda niyə şikayət etmirdiniz?” V.Dərgahlı vəziyyətin gərgin olduğunu, ancaq ordumuzun istənilən situasiyaya hazır olduğunu bildirdi.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 9-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqələrimizi minaatanlardan və iriçaplı silahlardan atəşə tutub.
 
Müdafiə Nazirliyi xəbərdar edir ki, dinc əhalimizin yaşadığı kəndləri atəşə tutan işğal olunmuş ərazilərdəki təmas xəttinə yaxın yaşayış məntəqələrində yerləşən düşmənin döyüş mövqelərini və hərbi obyektlərini məhv etmək məqsədilə ordumuz cavab tədbirləri görəcək və buna görə məsuliyyət Ermənistanın cinayətkar rejiminin üzərinə düşəcək.
 
 
“Rusiya-Türkiyə münaqişəsi Cənubi Qafqazda vəziyyəti kəskinləşdirdi. Doğrudur, bu, Qarabağda müharibənin başlaması planı deyil. Lakin müharibə qorxusu sürətlə yayılır”. Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazıb. Nəşr qeyd edir ki, əsas qorxular Ermənistandan başlayıb: “Xüsusilə o haqda ki, Moskva Ankara ilə birgə layihələri bərpa etmək və reallaşdırmaq istəyir. Türkiyə də bunun qarşılığında Qarabağ münaqişəsində Azərbaycanın xeyrinə qərarın verilməsini tələb edə bilər”. Məqalədə qeyd olunur ki, Bakının durumu daha incədir. “Azərbaycan iki regional liderin arasında vasitəçi olmaq istəyir, çünki münaqişənin genişlənməsi onun da maraqlarına ziddir. Türkiyə ilə Azərbaycan qardaşdır və bu qardaşlığı əməli fəaliyyət müşayiət edir. Bununla yanaşı, Azərbaycanın Rusiya ilə də sıx siyasi və iqtisadi tərəfdaşlığı var”, - deyə nəşr qeyd edib.
“Nezavisimaya qazeta” yazır ki, türk-rus gərginliyi Gürcüstanın da marağına ziddir: “Rəsmi Tiflis Ankara ilə isti münasibətlərə sahibdir, eyni zamanda, Moskva ilə də əlaqələrin yoluna qoyulmasını istəyir. Belə görünür ki, Rusiya-Türkiyə münaqişəsi artıq Qafqaza çatır. Bölgə ölkələri anlayırlar ki, hadisələr onların iştirakı olmadan inkişaf edəcək. Halbuki bu, onların maraqlarına toxuna bilər”.

Son günlər Ermənistanın daha çox aqressivləşməsi Rusiyanın bu ölkədəki silah-sursat və canlı qüvvəsini artırması ilə izah edilir.
 

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, Ermənistan ərazisində, daha doğrusu Gümrüdə Rusiyanın 102 saylı bazası və İrəbuni hava limanı yaxınlığında hərbi hava qüvvələri var: “Bunun səbəbini guya NATO və Rusiyanın sərhəddinin məhz Ermənistandan keçmıəsi ilə izah etsələr də, Türkiyəyə və ümumiyyətlə regiona hərbi nıəzarət etmək kimi qəbul etmək lazımdır. Təbii ki, bu kontingent eyni zamanda mütəmadi olaraq Dağlıq Qarabağ münaqişəsinə də müdaxilə edir. Hətta ABŞ və İran arasında embarqo və sanksiyaların götürülməsi ilə bağlı sövdələşmələr ortaya çıxanda dərhal Rusiya nəzarətsiz və ya ”boz zona “deyilən İran-Azərbaycan sərhəddinə də qoşun çıxarmaq fikrinə düşdü. Bundan başqa ərazimizdə olan kontingentini də leqllaşdərmağa çalışdı. Dəfələrlə Dağlıq Qarabağ ərazisindən kənarda, Ermənistanla həmsərhəd rayonlarda, o cümlədən Gədəbəy, Tovuz , Ağstafa və Qazax istiqamətində ermənilər bilərəkdən dədlərlə atəşkıəsi pozmağa başladılar.Burada iki məqsəd var idi - birincisi Gürcüstana və oradan da Avropa isitqamətində gedən beynəlxalaq kommunukasiyalara ziyan vurmaqla Qərbi münaqişəyə qatmaq,ikincisi isə Rusiya hərbi kontingentini bu işə sövq etmək idi. Hazırda isə Türkiyə-Rusiya qarşıdurmasını bəhanə gətirərək, hərbi texnika və canlı qüvvənin sayını artıran Rusiya təbii ki,regionda ,o cümlədən Dağlıq Qarabağda gərginliyi artırır, bu isə ermənilərin birbaşa xeyrinə olan məsələdir. Həm status-kvo uzanır, həm də KTMT-nin üzvü olmaq bəhanəsi ilə hərbi balansı öz xeyrinə pozur”.

Bəs, Ermənistan daxilindəki gərgin vəziyyət Azərbaycana, Qarabağa nə vəd edir? A.Nağıyev: “Ermənistanda məlum referendumdan sonrakı vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir müsbət dəyişiklik vəd etmir. Çünki bu referendumun əsas məqsədi prezidet idarəçilik sistemindən parlament idarəçiliyinə keçməkdir. Bu isə Sarkisyanın indiyədək etdiyi cinayətləri ört basdır etmək və cavabdehlikdən yayınmaq üçündür. Məlumdur ki,istər Sərkisyan,istərsə də onun komandası Dağlıq Qarabağ münaqişə si üzərindən cinayətkar səhra komandirləri olmaqla hakimiyyət gəliblər və bu hakimiyyəti də əldən verməyə hazırlaşmırlar... Sərkisyan rejiminə etirazlar hara qədər davam edə bilər və hakimiyyət dəyişikliyi Azərbaycan üçün faydalı perspektiv vəd edirmir. Sərkisyan özü-pzlüyündə hakimiyyətdən gedə bilməz,birincisi bunu Rusiya istəmir Şçünki vassaldırlar, strateji əməkdaşdıərlar və Sərkisyan Rusiyanı hər isitiqamətdə razı salır. İkincisi onun yerinə müvfiq kadra yetişdirilməlidir ki,həm dünyadakı erməni lobbisini,həm də Rusiyanı razı salsın.Ola bilər ki,bu varintla Gürcüstanda olduğu kimi müəyyən siyasi gedişlərə əl atılsın,lakin bu gün üçün bu tezdir.Təbii ki, dəyişiklik baş versə Azərbaycanla münasibət artıq o gələn komandanın siyasi kursundan asılı olacaq.” Belə vəziyyət prezidentlərin dekabr görüşünü sual altında qoymurmu? A.Nağiyev: “Dağlıq Qarabağı Ermənistanın ərazisi kimi təqdim edən Sərkisyanla hansı danışıqdan söhbət gedə bilər? Eyni zamanda Azərbaycan rəhbərliyi erməni təcavüzünü sərt bəyanatlarla tənqid edir ,güc nümayiş etdiriləcəyini söyləyir. Belə bir şəraitdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşlrinin baş tutacağı inandırıcı görünmür, hətta baş tutsa belə real nəticə əldə edilməyəcək”.
 
 
Hərbi ekspert Azad İsazadə də cəbhədəki gərginliyin təhlükəli mərhələyə adladığı qənaətindədir: “Vəziyyət kifayət qədər kəskinləşib. Artıq ağır texnika da prosesə qoşulubsa, deməli, bu, sadə məsələ deyil. Amma çox gman ki, bu, müvəqəti haldır. Çünki indiki halda nə Azərbaycan, nə Ermənistan regiondakı mürəkkəb vəziyyətdə bundan artıq gərginilikdə maraqlı deyillər. Ona görə ki, Qarabağda döyüşlər başlasa, bu, təkcə Azərbaycan-Emənistan müharibəsi olmayacaq. Bölgədə Rusiya və Türkiyənin də maraqları və bu bu maraqlar toqquşa bilər. Vəziyyət o qədər gərginləşə bilər ki, hətta nəzarətdən də çıxa bilər”. 

A.İsazadə bildirdi ki, indiki halda atışmaların avtomat silahlar müstəvisinə qaytarılması da böyük hadisə olardı. Hərbi ekspert Kremlin Qarabağda müharibəni alovlandırmaqda maraqlı olduğunu düşünmür: “Ancaq nəzərə almalıyıq ki, Rusiya hakimiyyəti də ayrı-ayrı qüvvələrdən ibarətdir, yekcins deyil. Rusiyada da rəhbərliyin ətrafında bir neçə qruplar mövcuddur. İstisna etmirəm ki, Qarabağda vəziyyəti gərginləşdirmək hansısa qüvvələrin və şəxslərin marağındadır”(musavat.com).
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.