banner
banner

Gündəm

“Azneft”-in baş direktorundan itkin düşmüş neftçilərlə bağlı AÇIQLAMA

“Azneft”-in baş direktorundan itkin düşmüş neftçilərlə bağlı AÇIQLAMA
Fövqəladə Hallar Nazirliyinin (FHN) və Sərhəd Qoşunlarının 4 helikopteri hər gün "Günəşli” akvatoriyasını, “Mərkəzi Çıraq” və “Azəri-Çıraq-Günəşli”  ətrafında havadan və eyni zamanda Sərhəd Qoşunlarının helikopterləri, FHN və SOCAR-ın özünün xilasediciləri “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə və Neft Daşlarının 501 saylı platformasında itkin düşmüş insanların axtarışı dənizdə ilə məşğuldurlar.
Bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov operativ qərargahda keçirilən brifinqdə bildirib.
 
"Çalışırıq ki, son günə qədər əməkdaşlarımızı axtarıb tapaq və ailələrinə təhvil verək, əzizlərinə çatdıraq.  Son məqama qədər bununla bağlı ümidlərimizi itirmirik. Hazırda 5 gəmimiz orada yanğını söndürür. SOCAR-ın orada yanan 4  qaz quyusu var. Hazırda quyuların söndürülməsi, yanğının söndürülməsi illə məşğuluq. Küləkli havanın olmasına baxmayaraq işlər davam etdirilir. Eyni zamanda bizim texnikli tədbirlərdə həyata keçirilir. Özüldə su təminatı olmadığı üçün biz ilk növbədə çalışırıq ki, özülün su ilə təminatını bərpa edək ki ,quyuları söndürə bilək”, deyə D.İskəndərov
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.