banner
banner

Gündəm

10-cu platformanın rəisi: "Sarsıntılar hələ də var..."

10-cu platformanın rəisi:

Dekabrın 4-də "Günəşli" yatağının 10-cu platformasında baş verən yanğın nəticəsində ağır xəsarət alan platforma rəisi Allahverdi Məmmədovun səhhəti normaldır.

Bu barədə Trend-ə Allahverdi Məmmədovun özü məlumat verib.

Onun sözlərinə görə, dünən səhhəti ilə bağlı yenidən psixoloq dəvət edilib və onunla şəxsən maraqlanıb: "Sarsıntılar hələ var. Psixoloq bir müddət sakitlik məsləhət gördü. Amma, ümumi vəziyyətimdə çox irəliləyişlər var".

A.Məmmədov bildirib ki, artıq bu gündən gəzməyə başlayıb. Həkimlər onun gün ərzində 5-10 dəqiqə gəzməsini məsləhət görüblər.

Hazırda stasionar müalicədə olan 12 xəstənin vəziyyəti tam normaldır və həyati təhlükələri yoxdur. Hadisə nəticəsində xəsarətləri az olan və öz xahişləri ilə ambulator müalicəyə göndərilən passiyentlərdən isə hələlik xəstəxanaya müraciət edən yoxdur.

Xatırladaq ki, dekabrın 4-də "Günəşli" neft yatağının 10-cu platformasında baş verən yanğın zamanı 33 neftçi xilas edilib, xilasedici qayıqlardan birinin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub, 29 neftçi isə itkin düşüb. Aparılan axtarışlar nəticəsində 6 neftçinin meyiti tapılaraq ailələrinə təhvil verilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.