Ukrayna ərazisində haradan peyda olduğu məlum olmayan, 48 yaşlı azərbaycanlıya məxsus, qiyməti 200 min dollardan yuxarı olan eksklüziv komplektasiyalı “Land Rover Discovery V6” Krımla sərhəddə saxlanılıb.
Virtualaz.org saytı bu barədə Ukrayna KİV-lərinə istinadən xəbər verir. Avtomobilin sükanı arxasında 48 yaşlı Azərbaycan vətəndaşı olub. Onun Almaniyadan Ukrayna ərazisinə gəldiyi, oradan isə Krımdan keçməklə Azərbaycana yola düşməyi planlaşdırırdı.
“Cip”in Almaniyada verilmiş texniki pasportu qaydasında olub. Lakin Ukrayna Dövlət Gömrük Xidmətinin məlumat bazasında maşının ölkə sərhədlərini leqal yolla keçdiyinə dair heç bir məlumata rast gəlinməyib.
Bu baxımdan ehtimal edilir ki, “cip” ölkəyə qaçaqmalçılıq yolu ilə daxil olub. Avtomobilin sahibi Ukraynaya hansı yolla daxil olduğunu əsaslandıra bilməyib və onun avtomobilini müsadirə ediblər. Üstəlik Ukraynanın Gömrük Kodeksinə görə, onu 1 milyon 250 min qriven (təxminən 240 min dollar) cərimə də gözləyir.
Xerson gömrüyünün rəisi Vitali Bulyok bildirib ki, o, vilayətin sərhədlərində indiyədək saxlanılan ən bahalı avtomobildir. Avtomobilin qaçaq yolla ölkəyə necə gətirildiyi, bu işdə kimlərin olduğu araşdırılır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.