"Günəşli" platformasında baş verən yanğın artıq söndürülmək üzrədir. Əgər işlər belə davam etsə, yanğının qarşısı ən gec sabaha qədər alınacaq".
Bu barədə Anspress-ə platformada baş verən yanğınla əlaqədar yaradılan qərargahdan məlumat verilib.
Məlumata görə, dəvət edilən əcnəbi mütəxəssislərlə yerli qurumların birgə fəaliyyəti nəticəsində artıq yanğın xeyli azalıb. Hazırda da söndürülməsi istiqamətində gərgin iş gedir: "Ancaq ən təəssüfedici məqam odur ki, axtarışlar hələ də heç bir nəticə verməyib. Axşam hava qaralanda helikopterlər axtarışı dayandırır və səhər tezdən yenidən fəaliyyətə başlayırlar. Ancaq dalğıclar və gəmilər gecə də öz işlərini davam etdirirlər.
Bu gün "AZAL"-ın da təyyarəsi yenidən axtarışlara qoşulur. Hava da axtarış üçün çox əlverişlidir. Hazırda təkcə Fövqaladə Hallar Nazirliyinin (FHN) 3 helikopteri havaya qaldırılıb, Dövlət Sərhəd Xidmətinin (DSX) də vertolyotları bir azdan havaya qaldırılacaq".
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.