banner
banner

Gündəm

“Ayağımın altını qazanlar var” - Misir Mərdanov

“Ayağımın altını qazanlar var” - Misir Mərdanov

“4 ilə yaxındır ki, Novxanıda bağ evində yaşayıram, qışı da, yayı da. Hər cür şərati var. Əvvəl Bakıda 9-cu mikrorayonda yaşayırdım. Bundan əlavə “Sovetski”də yaşamışam, dəniz kənarında da evim var, ancaq orda yaşamıram”. 

Cia.az xəbər verir ki, musavat.com saytı sabiq təhsil naziri Misir Mərdanovun “İnteraz” telekanalında yayınlanan proqramda bu fikirlərin yer aldığı müsahibəsini dərc edib. Şəxsi həyatı ilə bağlı geniş danışan keçmiş nazir deyib ki, şəxsi avtomobilini həmişə özü idarə edir: “Şənbə-bazar günləri həmişə şəxsi avtomobilimi özüm idarə edirəm. Sürücüyə deyirəm, get, ailə-uşağının yanına”.

Radara düşüb-düşməməsinə gəldikdə, M.Mərdanov maraqlı etiraf edib: “Nazir vəzifəsində çalışmasam da, hər kəs mənə hörmət edir, xüsusilə də yol polisi əməkdaşları. Hansısa səbəbdən avtomobili saxlayanda görürlər və “Misir müəllim, Sizsiniz, sağ-salamat gedin”, deyib yola salırlar. Hansı müəssisəyə gedirəmsə, hörmət görürəm. 15 il təhsil naziri işlədiyim vaxt və BDU-ya rəhbərlik etdiyim dövrdəki fəaliyyətim hədər getməyib. Nə etmişəmsə, onun cavabını alıram”.

İdmana münasibətindən bəhs edən M.Mərdanov deyib ki, 30 ilə yaxındır, hər gün 3 saat, səhər və axşam üst-üstə 13 km piyada gəzir: “Nə qədər ki, ayağım və başım çalışır, bu qrafikə əməl edəcəyəm. Çünki məni gümrah saxlayır”.

“Həyatda həmişə ehtiyatlı adam olmuşam, ona görə də qeyri-adi hadisə ilə qarşılaşmamışam”-deyən M.Mərdanov özünün mənfi xüsusiyyətləri barədə bunları deyib: “İnsanlara tez inanıram. Təəssüf ki, insanlara çox tez inanmışam, etibar emişəm, zaman keçdikcə görmüşəm ki, səhv etmişəm. Rəsmi dövlət adamları gərək inanmaq məsələsində bir az ehtiyatlı olsunlar. Bu gün ayağımın altını qazanlar var, amma gərək adamın amalı saf olsun. Nə qədər qazsalar da, heç vaxt yıxılmamışam”.

44 ildir alman əsilli həyat yoldaşı ilə yaşadığını, peşman olmadığını deyən M.Mərdanov 3 övladından 7 nəvəsinin olduğunu vurğulayıb. “Uğurlarıma görə ata-anamdan sonra həyat yoldaşıma minnətdaram” deyən sabiq nazir əlavə edib ki, həyat yoldaşı ilə bir-birini qısqanması halı heç vaxt olmayıb.

Ancaq söhbət əsnasında verilişin bir neçə ay bundan əvvəl çəkildiyi ortaya çıxıb. Belə ki, M.Mərdanov ailə üzvləri barədə danışarkən qardaşının nazirlikdə çalışdığını vurğulayıb. Ancaq fakt budur ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışan qardaşı İlham Mərdanov bir həftə öncə tutduğu vəzifədən azad edilib. Hər halda kifayət qədər maraqlı epizodlarla zəngin olan söhbətin tam həcmdə yalnız indi efirə verilməsi diqqət çəkir. 

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.