Türkiyə vətəndaşı olan azərbaycanlı model Günay Musayeva oğlu Cihangircanla podiuma çıxacaq. Bu barədə İnstaqram səhifəsində yazan model budəfəki dəfilədə xeyriyyə məqsədilə iştirak edəcəyini yazıb: “Canım oğlum sabah çox mühüm bir dəfilənin finalında mənimlə birlikdə podiuma çıxacaq. Bu dəfilənin mühüm olması ona görədir ki, əldə olunan gəlir Daun Sindromu Türkiyə Dərnəyinə bağışlanacaq. Bir dəvətnamə almağınız bu xəstəlikdən əziyyət çəkən uşağın həyata bağlanmasına kömək edəcək. Mən o uşaqları sevirəm. Aprelin 28-də Cihangircanla bayramımızı da onlarla keçirmişdik. Oğlum podiuma çıxacağı və toplanacaq pulun düzgün yerə getdiyinə əmin olduğum üçün bu dəfə təmənnasız iştirakı ürəkdən qəbul etdim. Sabah bütün dostlarımızı “Mehmet Köymen 2016 winter haute couture” moda nümayişində gözləyirik”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.