Həbsdə olan müğənni Deniz Sekinin "Eşkıya dünyaya hükümdar olmaz" serialındakı dünənki səhnələri maraqla qarşılanıb. Keçən həftə seriala daxil olan ifaçı bu dəfə həbsdə yazdığı "Büyümüşsündür" adlı mahnını səsləndirib. Qeyd edək ki, o, serialın yaradıcı heyəti - həbsxana arasında razılaşmadan sonra könüllü və qonorarsız şəkildə iki gün çəkilişlərdə iştirak edib. Xatırladaq ki, serialın baş rollarında Oktay Kaynarca və Deniz Çakır çəkilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.