banner
banner

Gündəm

“Akula Akif”in şəriki haqda şok bilgilər

“Akula Akif”in şəriki haqda şok bilgilər
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, “Akula Akif” kimi tanınan Akif Mustafayevlə bağlı redaksiyamıza yenə məlumat daxil olub. Xəbər verdiyimiz kimi, Akif İsmayıl oğlu Mustafayev özünü iş adamı kimi tanıtsa da, əslində onun əsas vəzifəsi imkanlı iş adamları haqda MTN-dəki mütəşəkkil qruplaşmaya dosye toplayıb çatdırmaqdan ibarət olub. 
“Akula Akif”nın sxeminə əsasən, MTN həmin iş adamları barədə dosyeləri aldıqdan sonra onları izləyir və əvvəlcədən quraşdırılan ittihamlarla həbs edirdi. “Akula Akif” hər belə “əməliyyat”dan sonra dövriyyəyə girib həbs olunan şəxsin yaxınları ilə MTN-dəki qruplaşma arasında  vasitəçilik edib. Ona həbs olunan şəxsin yaxınlarından alınan milyonlardan pay veriblər. “Akula Akif” MTN-dən “xilas etdiyi” iş adamlarının biznesinə gələcəkdə bu kimi problemlərdən sığortalanmaq üçün “krışalıq” edib və onların biznesinə 25-30 faiz payla şərik olub. 
Aldığımız son məlumatda deyilir ki, “Akula Akif”in Vilayət Qələndərli soyadlı bir biznesmen ortağı olub. Mənbə bildirir ki, V.Qələndərli “Akula Akif”ə çirkin işlərdə yaxından kömək edib və ona şərik olub. Vilayət Qələndərli hazırda azadlıqdadır. “Akula Akif”in sayəsində onun yaxınları hazırda dövlət işində işləyirlər. Onlardan biri də Vilayət Qələndərlinin oğlu Taleh Qələndərli olub. O, MTN ləğv olunana qədər qurumun tabeliyindəki rayon şöbələrindən birində rəhbər vəzifədə işləyib. 
Mənbə Vilayət Qələndərlinin bacanağı haqda da məlumat verib. Qeyd edib ki, 3-cü mikrorayonda baytar həkim işləyən həmin şəxs “Akula Akif”in xahişi ilə Bakı Şəhər Baytarlıq İdarəsinə rəhbər vəzifəsinə gətirilib.

Yada salaq ki, Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi 2013-cü ildə dəyişdirilib. Həmin ilin dekabrında Aslan Aslanov idarəyə rəis təyin olunub.(musavat) 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.