Qarabağda şiddətli döyüşlər, düşmən 3 hərbçisini itirdi- SON DƏQİQƏ
Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsurun Ovanisyan bu gecə qoşunların təmas xəttinin Qarabağ istiqamətində “şiddətli döyüşlərin” getdiyinə dair məlumat verib.
Ovansisyan ötən gecənin “çox gərgin keçdiyini”, təfərrüatların qondarma “DQR müdafiə nazirliyi” tərəfindən açıqlanacağını deyib.
Daha sonra Dağlıq Qarabağdakı qondarma erməni rejiminin “müdafiə nazirliyi” bildirib ki, dekabrın 17-dən 18-nə keçən gecə Azərbaycan silahlı qüvvələrinin bölmələri təmas xəttinin cənub, şərq və şimal-şərq istiqamətlərində “növbəti diversiya həmlələri” edib.
Bu döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları Aqasi Qriqoryan (1996) və Ruben Aleksanyan (1996) öldürülüblər. Bundan əlavə dekabrın 17-də təmas xəttinin şimal hissəsindəki erməni mövqelərindən birində 1992-ci ildə anadan olmuş Qor Ohanyan “naməlum şəraitdə aldığı odlu silah yarasından” ölüb.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində bu gecə davam edən döyüşlərdə ordumuzun bir əsgərinin şəhid olduğunu açıqlayıb.
Bu şiddətli döyüşlər Azərbaycan və Ermənistan prezidentlərinin İsveçrənin Bern şəhərində sabah baş tutacaq görüşü ərəfəsində baş verir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.