Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gedən döyüşlərdə daha bir erməni hərbçi öldürülüb.
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, atışma Dağlıq Qarabağ cəbhəsində baş verib. Azərbaycan Ordusunun açdığı atəş nəticəsində 19 yaşlı hərbçi Fidar Aloyan ölüb.
Qeyd edək ki, son günlər qoşunların təmas xəttində vəziyyət xeyli gərginləşib. Erməni silahlı bölmələri son bir neçə gündə bir neçə hərbçisini itirib. Azərbaycan Ordusu da döyüşlərdə itki verib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.