banner
banner

Sosİal

Heydər Əliyev parkı nümunə göstərildi

Heydər Əliyev parkı nümunə göstərildi

Kiyev şəhərinin meri Vitaliy Kliçko şəhər meriyasının binasında xarici ölkələrin Ukraynadakı səfirləri ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib.

Məlumata görə, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli görüşə məruzəçi qismində dəvət edilib.

“Kiyev – dünya şəhəri” layihəsinə həsr olunmuş görüşdə mer Vitaliy Kliçko və şəhər administrasiyasının vəzifəli rəsmiləri layihə barədə məlumat verib, Kiyevdəki səfirlikləri və onların təmsil etdikləri ölkələri şəhərdə abadlıq layihələri həyata keçirməyə dəvət edib, bu sahədə əməkdaşlıq təklif edib. Bu xüsusda Azərbaycan Respublikasının Kiyevdə inşa etdirdiyi və baxımını həyata keçirdiyi Heydər Əliyev parkı nümunə göstərilib. O, park barədə məlumat vermək məqsədilə sözü səfir Eynulla Mədətliyə verib.

Səfir çıxışında Heydər Əliyev parkı layihəsinin həyata keçirilməsi, parkda başda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü olmaqla Azərbaycanın tarix, dövlətçilik və mədəniyyət simvollarının yerləşdirildiyi, zəngin Azərbaycan təbiətinin təmsil olunduğu, Azərbaycanın 16-cı əsrdə toxunmuş Şeyx Səfi xalısının italyan daşlarından hazırlanmış dəqiq surəti, parkda istifadə olunmuş keyfiyyətli materiallar, eyni zamanda parkın inşasını həyata keçirmiş ARDNŞ-nin Ukrayna nümayəndəliyinin fəaliyyəti, digər infrastruktur layihələri, Kiyevin abadlaşdırılması istiqamətində gələcək planlar barədə ətraflı məlumat verib. Çıxış boyu park, Prezident İlham Əliyevin Ukraynaya səfəri çərçivəsində parkı ziyarəti, parkda Heydər Əliyev büstü önündə keçirilən tədbirlər, Kiyev sakinlərinin parkda istirahəti, toy şəkilləri çəkdirməsi, televiziya kanallarının hazırladıqları reportajları, həmçinin ARDNŞ-nin Ukraynadakı SOCAR yanacaq doldurma stansiyaları ətrafında yaradılmış yaşıllıqlar, göstərilən xidmətləri əhatə edən fotoşəkillər nümayiş etdiriib. Çıxışdan sonra səfir Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən çap olunmuş kitabların nüsxələrini Vitaliy Kliçkoya hədiyyə etib, səfirliyin bundan sonra da Kiyevin abadlaşdırılması istiqamətində səy göstərəcəyini vurğulayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.