banner
banner

Gündəm

MTRŞ-dən ANS-ə sərt cəza - Bu dəfə 161 min

MTRŞ-dən ANS-ə sərt cəza -

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda “ANS ÇM” radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar 09 dekabr 2011-ci il tarixdə tərtib edilmiş və “ANS Müstəqil Yayım və Media Şirkətinə” göndərilmiş TR 15, TR 16, TR 17, TR 18, TR 19, TR 20, TR 21, TR 22, TR 23, TR 24, TR 25, TR 26, TR 27 saylı, 10 dekabr 2015-ci il tarixdə tərtib edilmiş “ANS Müstəqil Yayım və Media Şirkətinə” göndərilmiş TR 28, TR 29, TR 30, TR 31, TR 32, TR 33, TR 34, TR 35 saylı, 11 dekabr 2015-ci il tarixdə tərtib edilmiş “ANS Müstəqil Yayım və Media Şirkətinə” göndərilmiş TR 36, TR 37, TR 38, TR 39, TR 40 saylı inzibati protokollar üzrə inzibati xətalara dair işlərə baxılıb. “ANS ÇM” radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin və “Reklam haqqında” Qanunun 20.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar “ANS Müstəqil Yayım və Media Şirkəti” Milli Televiziya və Radio Şurasının 12/1 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/2 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/3 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/4 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/5 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/6 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/7 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/8 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/9 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/10 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/11 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/12 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/13 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/14 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/15 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/16 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/17 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/18 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/19 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/20 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/21 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/22 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, 12/23 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, 12/24 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, 12/25 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, 12/26 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, ümumilikdə isə 161 000 (yüz altmış bir min) manat məbləğində cərimə edilib. Şura iclasında, həmçinin Space televiziyasında yayımlanan “Sevimli şou” və “Məhəbbət əhvalatları” verilişləri müzakirə edilmiş, həmin verilişlərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, efir mədəniyyətinə zidd olduğu xüsusi vurğulanıb. Eyni zamanda bu cür verilişlərin tamaşaçıların haqlı narazılığına səbəb olduğu qeyd edilib. Space televiziyasında yayımlanan “Sevimli şou” və “Məhəbbət əhvalatları” verilişlərində teleradio fəaliyyətinin əsas prinsiplərinin, proqrama verilmiş tələblərin pozulduğu nəzərə alınaraq “Space” televiziyasına xəbərdarlıq elan edilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.