banner
banner

Sosİal

2015 əslində yaxşı il olub...

2015 əslində yaxşı il olub...

Xəbərlərə çox baxırsınızsa, böyük ehtimalla 2015-in müharibələr, qaçqınlar, terrorla dolu bir il olduğunu düşünürsiniz.

Ancaq xəbər başlıqlarından bir qədər kənara çəkiləndə bu ilin yüz milyonlarla insan üçün yaxşı xəbərlərlə dolu olduğunu görürük.

CNN ilin başa çatması ərəfəsində nikbinliyə əsas verən 7 səbəb təqdim edir.

Birinci səbəb kimi neft qiymətlərinin düşməsi göstərilir.

Qeyd edilir ki, bir barrel neftin dəyəri 2009-c ilin maliyyə böhranı vaxtındakı səviyyəyə enib. İrana qarşı sanksiyaların ləğv ediləcəyi təqdirdə qiymətlərin daha da enəcəyi barədə söhbətlər gəzir.

Myanmarlı Nobel Sülh mükafatı laureatı, 18 ilini ev dustaqlığında keçirmiş Aunq San Suu Kyinin prezident olması qadağan edilsə də və hərbçilər parlamentdə yerlərin dörddə birini özlərinə saxlasalar da Milli Demokratiya Liqası parlamentdə o qədər yer qazanıb ki, onun qərar verməyə təsiri qaçılmaz olacaq.

Dünya iqlim dəyişikliyi ilə mübarizə aparmaq barədə razılığa gəlib.

Paris müqaviləsi ilə bağlı bilməli olduğumuz əsas şeylərdən bəziləri bunlardır. Onu bütün ölkələr imzalayıb. Müqavilənin şərtlərinin icrası məcburidir. Onu dəstəkləyənlər onu “tükənən yanacaq növləri erasının sonu” adlandırırlar.

ABŞ homoseksualların hüquqlarının tanınması yönündə nəzərəçarpacaq sürətlə irəliləyib.

Ölkənin gənc əhalisinin əksər hissəsi bildirib ki, eynicinsli cütlüklərin evlənməsinə icazə verilməlidir. Ölkənin ali məhkəməsi isə bununla razılaşıb. Okeanın o biri tayında İrlandiya da eynicinsli nikahların leqallaşdırılmasına səs verib.

BMT-nin builki hesabatlarında qeyd edilir ki, dünyada gündə 1,25 dollardan az pulla yaşayan ifrat yoxsulların sayı 1999-cu ildə 1,75 milyard idisə, bu gün 836 milyondur. 

Bu yerdə BMT-nin 2000-ci ildə qəbul etdiyi Minilliyin İnkişaf Məqsədləri yada düşür. O zaman dünya liderləri qarşılarına yaxın 15 il ərzində “ifrat yoxsulluğa son qoymaq” məqsədini qoymuşdular.

Daha bir səbəb internet və telefona çıxışın sürətlə artmasıdır.

Bu həm də “Minilliyin inkişaf məqsədləri”ndən biri idi. Hazırda əsrin başlanğıcında olandan 10 dəfə çox adamın mobil telefonu var. İnternetin yayılması isə 6%-dən 43%-ə qədər artıb.

CNN-in göstərdiyi sonuncu səbəb yeni “Ulduz müharibələri” filminin çıxmasıdır...

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.