“Media helikopter hadisəsində peşəkar davrandı” - PA rəsmisi
Hazırda Prezident Administrasiyası və Mətbuat Şurası İnformasiya təhlükəsizliyi ilə bağlı birgə tədbir keçirir.
"Qafqazinfo"nun tədbirdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, müzakirələrə MŞ rəhbəri Əflatun Amaşov, Prezident Aparatı ictimai-siyasi şöbənin sektor müdiri Vüqar Əliyev, Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı, millət vəkilləri və media qurumları rəhbərləri iştirak edir.
Ə.Amaşov çıxış edərək cəbhədə baş verən avqust hadisələrindən sonra mediada yaşanan xoşagəlməz hallar və bununla bağlı qanunvericikdə edilən dəyişikliklərdən danışıb.
Bundan sonra V.Əliyev çıxış edərək hərbi sahədə olan hadisələrin mediada təxribat xarakterli məlumatlarla yayılmasında xarici və daxili düşmənlərin maraqlı olduğunu qeyd edib. PA rəsmisi çıxışında deyib ki, bu xoşagəlməz halların qarşısının alınması üçün tədbirlər həyata keçirilib: "Bundan sonra müşahidə olundu ki, Azərbaycan mediası erməni helikopterin vurulması olayında daha peşəkar davrandı".
V.Əliyev bildirib ki, Azərbaycan mətbuatı arxayınlaşmamalı, bundan sonra da hərbi ilə bağlı məlumatları Müdafiə Nazirliyi ilə əlaqələndirməlidir. Bununla bağlı nazirlik xüsusi kitabça da hazırlayıb və o kitabça bütün redaksiyalara paylanılacaq".
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.