banner
banner

Sosİal

Neftçilərin ailələrinə pul verildi - 50 min manat

Neftçilərin ailələrinə pul verildi -

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəzada həlak olan və itkin düşənlərin ailələrinə ümumilikdə 50 min manata yaxın birdəfəlik maddi yardım göstərib.

AHİK-dən AzVision.aza bildirilib ki, hadisə baş verdiyi ilk gündən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, o cümlədən sahə həmkarlar ittifaqının rəhbərliyi qəza nəticəsində həlak olan, itkin düşmüş neftçilərin ailələrinin dərdinə şərik olub, xilas edilmiş neftçilərin problemlərinin həllinə köməklik edilməsi məqsədilə müvafiq addımlar atıblar.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olan, itkin düşən və xilas olunan neftçilərə birdəfəlik maddi yardım verilməsi barədə qərar qəbul edib.

Qəbul edilən qərara müvafiq olaraq qəza nəticəsində "Günəşli" yatağında həlak olan 7 nəfərin və itkin düşən 23 nəfərin, "Neft Daşları"nda itkin düşən 3 nəfərin hər birinin ailəsinə 1000 manat, xilas olan 33 nəfər neftçinin hər birinə isə 500 manat, ümumilikdə isə 49 500 manat məbləğində birdəfəlik maddi yardım göstərilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.