banner
banner

Sosİal

Azərbaycanda orqan köçürmənin QİYMƏTLƏRİ

Azərbaycanda orqan köçürmənin

“2014-cü il ərzində 16 qaraciyər, 65 böyrək transplantasiyası həyata keçirilib. Bu il orqan transplantasiyasını gerçəkləşdirdiyimiz pasientlər içərisində 7 aylıq körpədən tutmuş, 68 yaşa qədər olan insanlar var. 7 aylıq uşağa qaraciyər köçürülüb. Ümumiyyətlə, orqan donoru olan şəxsin yaşı 18-dən yuxarı olmalıdır. Bizim əməliyyatlarda donorluq edən şəxslər 18-76 yaş arası olub”.

Bu barədə Modern.az saytına Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi məlumat verib.

O bildirib ki, həyata keçirilən əməliyyatların hamısı uğurla başa çatıb: “Nəticələrimiz dünya standartları ilə eynidir. Əməliyyatlarda qeyri-adi bir nəticə baş verməyib. Hər şey qaydasındadır”.

Şöbə müdiri xəstələrə köçürülən orqanların hamısının yaxın qohumlar tərəfindən verildiyini bildirib:
“Orqanlar xəstə yaxınları tərəfindən bağışlanıb. Vəziyyətə uyğun olaraq orqan bütöv, ya da bir hissə götürülərək köçürülüb. Yaxın qohumlar olduğundan orqanının verilməsinə görə pul ödənilməyib. Bildiyiniz kimi, Azərbaycanda orqan alış-verişi qanunla qadağandır. Ona görə də burda hər hansı məbləğdən söhbət gedə bilməz”.

Transplantasiya qiymətlərinə gəlincə, həkim qeyd edib ki, xəstəxananın rəsmi qiymətinə uyğun olaraq böyrək əməliyyatı 12 min, qaraciyər əməliyyatı isə 45 min manata həyata keçirilir:

“Əməliyyatdan təxminən 20 gün sonra xəstə evinə gedir, müəyyən müddət keçdikdən sonra tam reabilitasiya olub, normal əmək fəaliyyətinə başlayır və işinə qayıdır”.

Dünya praktikasında həyata keçirilən ürək transplantasiyasının Azərbaycanda mümkünlüyünə gəlincə, həkim bunu ancaq meyit orqanlarının bağışlanacağı təqdirdə reallaşa biləcəyini vurğulayıb: “Beyin ölümü baş verən şəxslərdən ailənin icazəsi ilə orqanlar bağışlanacağı təqdirdə, ölkəmizdə də ürək transpalantasiyası mümkün olacaq. Bunun üçün Azərbaycanda şərait olsa da, orqan bağışlanması hələ yoxdur. Əgər beyin ölümü reallaşan insanlarda orqan bağışı həyata keçirilərsə, ağciyər, ürək, gözün buynuz qişası, mədəaltı vəzin də transplantasiyası icra oluna bilər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.