banner
banner

Dünya

Türkiyənin baş naziri: "Onlara hədlərini bildirəcəyik!"

Türkiyənin baş naziri: "Onlara hədlərini bildirəcəyik!"

"Türk əsgərinin qanı məsələsini heç kimlə müzakirə etməyəcəm. Onların niyyətləri hələ məlum deyil. Biri "Türkiyə qan içində olacaq" deyəcək, qaçaq çaydan danışacaq, mən də o masada oturacağam, eləmi?! Getsinlər Kandildə qaçaq çay içsinlər".

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu Serbiyaya səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib.

Müxalif Xalqların Demokratik Partiyasının (HDP) həmsədəri Səlahəddin Dəmirtaşın son günlər Türkiyənin konsititusyasına qaşrı çıxışlarına və ölkədə qanunsuz fəaliyyət göstərən təşkilatlaın toplantılarında iştirakına münasibət bildirərən baş nazir qeyd edib ki, HDP siyasi əxlaq normalarını pozur: "Onlar gecə yaratdıqları lətiflərlərlə bizə istehza edəcəklər, eləmi?! Siyasət nəzakət məsələsidir. Onlara hədlərini bildirəcəyik. HDP siyasi partiyadır, yoxsa, terror qruplaşmasının əlavəsi?! Türkiyəyə hücum etmək istəsələr bunlar və bunların xaricdəki ağıllı müəllimləri meyadana girir. Mənim bir masaya oturmağım üçün ciddi bir siyasi partiya olmalıdırlar. Hanı, bəs, türkiyələşəcəkdilər?!".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.