Dekabrın 5-də Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə və bölmə əməkdaşlarının iştirakı ilə paytaxt ərazisində keçirilən genişmiqyaslı reyd zamanı pərdə-plyonka ilə maşın sürən sürücü saxlanılıb.
CİA.AzAvtosfer.az-a istinadən xəbər verir ki, “KİA” markalı, 90 FF 132 dövlət nömrə nişanlı avtomobil Bakıxanov küçəsində saxlanılıb.
Avtomobilə baxış zamanı məlum olub ki, bütün şüşələrə plyonka vurulub. Arxa yan şüşələrdə isə tünd pərdələr var.
Yol polisi əməkdaşlarının avtomobildən pərdə-plyonkanı sökməyə çalışdığını görən gənc sürücü “məni tanımadınız, generalın oğluyam” deyərək polisə əngəl olmağa çalışıb.
Lakin jurnalistlərin çəkiliş apardığını gördükdə qaçmağa başlayıb.
DYP əməkdaşları avtomobildən pərdə və plyonkanı sökdükdən sonra nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.