Türkiyənin baş naziri Əhməd Davudoğlu Serbiya prezidenti Tomislav Nikoliçi Türkiyə-Rusiya münasibətlərinin normallaşmasına kömək etməyə çağırıb.
Bu barədə Serbiya prezidentinin mətbuat-xidməti məlumat yayıb. Məlumata görə, Türkiyənin baş naziri Tomislav Nikoliçə siyasi fikir ayrılıqlarının aradan qaldırılmasında yaxından iştirak etməyə çağırıb. “Davudoğlu Serbiya prezidenti Tomislav Nikoliçi Rusiya ilə mübahisədə kömək etməyə çağırıb və Türkiyə tərəfinin bu ölkə ilə normal münasibətlərinin olmasında maraqlı olduğunu bildirib. Prezident Nikoliç bununla məmnuniyyətlə razılaşıb”, - deyə ikitərəfli görüşün yekunlarına dair rəsmi məlumatda bildirilir.
Xatırladaq ki, Türkiyənin noyabrın 24-də Suriya sərhədində Rusiyanın SU-24 təyyarəsinivurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşib.
Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib və Ankara ilə birgə layihələri dayandırıb.
Rusiya prezidenti Vladimir Putin dekabrın 28-də Türkiyəyə qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı fərman imzalayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.