Sabahdan Azərbaycanın orta ümumtəhsil məktəblərində 5 günlük tətil başlayır. Cia.az "Report"a istinadən xəbər verir ki, dekabrın 31-dən yanvarın 5-dək məktəblərdə qeyri-iş günləri olacaq. Xatırladaq ki, bütün şagirdlər üçün növbəti qış tətili 5 günlük olacaq və yanvarın 27-də başlayıb 31-də başa çatacaq. Həmçinin məktəblərdə ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edir. Bu müddətdə yalnız ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili olacaq. Qeyd edək ki, bu il şagirdlər üçün martın 17-dən 24-dək olan 8 günlük "Yaz tətili" olmayacaq. Buna səbəb Novruz bayramı günlərində qeyri-iş günlərinin sayının çox olmasıdır. Ona görə də məktəblilər üçün ayrıca yaz tətili nəzərdə tutulmayıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.