banner
banner

Hərbİ

Azərbaycan ordusunun silahlanmasına daxil edilən “Barak-8” Hindistanda uğurla sınaqdan keçdi

Azərbaycan ordusunun silahlanmasına daxil edilən “Barak-8” Hindistanda uğurla sınaqdan keçdi

Ərəb dənizi sahillərində Hindistan silahlı qüvvələri tərəfindən idarə lunan “yer-hava” tipli zenit raketlərinin sınaqları keçirilib. Sınaqlar zamanı Hindistan hərbi dəniz qüvvələrinin gəmisi Ərəb dənizi sahillərindən raketi buraxıb və “Barak-8” şərti hədəfi yüksək dəqiqliklə məhv edib.

Bu raketlər Azərbaycan ordusunun da silahlanmasına daxil edilən “Barak-8” hava hücumundan müdafiə komplekslərinin tərkib hissəsidir. Raketlər Hindstan və İsrailin birgə istehsalıdır.

Bu zenit-raket kompleksləri istənilən tip hava hədəflərini, o cümlədən təyyarələri və vertolyotları, ballistik raketləri, habelə gəmilər əleyhinə raketləri, qanadlı raketləri zərərsizləşdirə bilir. Hazırda bu raketlərin dəniz və yerüstü versiyaları mövcuddur. Onlar İsrail ordusu ilə yanaşı Polşa və Azərbaycan hava hücumundan müdafiə qüvvələrinin silahlanmasında var.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.