banner
banner

Gündəm

Rüfət Səfərov Eldar Sabiroğluna səsləndi: “Qocaldın...”

Rüfət Səfərov Eldar Sabiroğluna səsləndi:
Hakim Yeni Azərbaycan Partiyasının(YAP) üzvü, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov atasına məktub yazıb. 
R.Səfərov sosial media vasitəsi ilə paylaşdığı məktubunda bildirib: “Eldar Sabiroğlu, qocaldın. Gözlərimin önündə saçların ağardı. Sənin “kişilik məktəb”ində ciddi dərs aldım. Bir bilsən ki, sənin kimi atam olduğuna görə necə xoşbəxtəm. Bir duysan da... Əzizim ata,  səni  59 yaşın olması münasibəti ilə təbrik edir, can sağlığı, həyat yoldaşın Tahirə xanımla birgə gözəl günlər arzu edirəm. Sabiroğlu, yəqin edirəm ki, həyatda ən şirin şey canın olduğuna inanarsan... And olsun yeri və göyü yaradana ki, Səni canımdan çox sevirəm!”

Xatırladaq ki, Rüfət Səfərov prokurorluq orqanlarından istefa verərək, ölkə hakimiyyətinin ünvanına sərt bəyanatla çıxış etmişdi.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.