banner
banner

Sosİal

Telekanallardan ixtisarlar xəbərinə münasibət: “Bütün işçilər yerindədir”

Telekanallardan ixtisarlar xəbərinə münasibət:
Telekanallarda kütləvi ixtisarlar olması haqda ölkə.az saytı xəbər yayıb. Məlumata görə, ATV, ANS, “Lider” kimi telekanalların bir çox əməkdaşının işinə son qoyulub. 
 
ANS-dən uzaqlaşdırılanlar arasında tanınmış şoumen Kamran Həsənli, prodüser Afət Rahilqızı da var. Şoumen Kamran Həsənli telekanaldan uzaqlaşdığını təsdiq edib. O, bildirib ki, ANS-də maliyyə çətinlikləri yarandığı üçün aparıcılıq etdiyi veriliş bağlanıb.
 
ATV-nin isə 50 əməkdaşının işdən çıxarıldığı, “Lider” televiziyasında da artıq ixtisarların başladığı qeyd edilib.
 
Musavat.com adıçəkilən telekanallarla əlaqə saxlayıb və yayılan məlumatların nə dərəcə doğru olub-olmadığını öyrənməyə çalışıb.
 
ANS Şirkətlər Qrupunun mətbuat müşaviri Mayıs Məmmədov bildirib ki, telekanalda ixtisarların olması xəbəri əsassızdır: “Kamran Həsənli bir aydır ki, telekanaldan gedib. O, öz xoşu ilə dekabrdan əvvəl işdən ayrılıb. İxtisarların olması xəbəri yalandır, digər əməkdaşlar işinə davam edirlər”.
 
ATV-nin Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu qeyd edib ki, telekanalda ixtisarların olması xəbəri yalandır: “Mən də ixtisarlarla bağlı xəbərləri mətbuatda oxudum. Təəssüf edirəm ki, belə məlumat yayılıb. Bu cür xəbərlər əsassızdır. Bütün işçilər yerindədir. İxtisarlar yoxdur”.
 
“Lider” telekanalının icraçı prodüseri Vüsalə Babayeva da telekanalda ixtisarların olması xəbərlərini təkzib edib: “Bizim telekanalda heç bir dəyişiklik yoxdur. İxtisar xəbərləri doğru deyil”. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.