banner
banner

Sağlamlıq

Qocalmanı ləngidən qidalar: menyunuza daxil edin - SİYAHI

Qocalmanı ləngidən qidalar: menyunuza daxil edin

Müasir tibdə qocalma ilə bağlı geniş araşdırmalar aparılır. Alimlər qocalmanı ləngitmək, qocalıqda inkişaf edən xəstəliklərin qarşısını almaq üçün müxtəlif "yaş əleyhinə" ("anti-age") proqramlar hazırlayır.

Bu proqramların əsas tərkib hissələrindən biri düzgün qidalanmadır. Araşdırmalar nəticəsində herontoloqlar (qocalığı araşdıran və qoca insanların sağlamlığı ilə məşğul olan mütəxəssislər) belə qərara gəliblər ki, bəzi vitamin və minerallar anti-age təsirə malikdir. Herontoloqlar bütün insanlara qocalığı "aldatmaq" üçün tərkibində bu vitamin və minerallar olan qidaları öz qidalanmasına daxil etməyi tövsiyə edirlər. 
 

Beləliklə, Cia.az saglamolun.az-a istinadən qocalığı ləngidən vitamin, mineralları və onların mənbələrini təqdim edir:
- B6 (lobya, qoz, çaytikanı)
- B12 (treska, okun, karp balıqları)
- K (ispanaq, brokoli, gül kələmi)
- D3 (balıq yağı, yumurta sarısı)
- Fol turşusu (brokkoli, ispanaq, sitrus meyvələri) 
- Omeqa-3 (siyənək, skumbriya, kətan yağı, qoz, avokado)
- kalsium (kəsmik, pendir, qatıq, kefir)
- maqnezium (boranı tumları, küncüt, qarabaşaq, yulaf yarması)
- sink (qarabaşaq, lobya, noxud, araxis)
- selen (braziliya qozu, sarımsaq, şampinyon, qarğıdalı)
- yod (dəniz yosunları, okun və mintay balıqları)

 

Spirtli içkilər, şəkər və trans-yağlar (marqarin, spred və s. süni yağlar) qocalma proseslərini sürətləndirir.

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.