banner
banner

Gündəm

Yol polisi 300 manat cərimələnəcək - BU QAYDAYA ƏMƏL ETMƏSƏ

Yol polisi 300 manat cərimələnəcək -

Mayın 1-dən qüvvəyə minməsi gözlənilən yeni İnzibati Xətalar Məcəlləsində dayanma və ya durma qaydalarını pozmaqla park edilmiş avtomobillərin evakuasiyası ilə məşğul olan şəxslərin daha intizamlı olmasını təmin etməyə yönələn maraqlı yenilik var.

Avtosfer.az xəbər verir ki, avtomobilin sahibi yanında olarsa və ya avtomobil evakuatora yüklənərkən (evakuasiya avtomobili hərəkətə başlayanadək) gəlib çıxarsa, avtomobil evakuasiya edilməməli, sürücüyə yerində cərimə tətbiq edilməklə o, öz avtomobilini qadağan olunmuş yerdən götürməlidir.

Amma bəzən sürücü gəlib çıxsa da, onun avtomobilinin evakuatorla aparılmasına da rast gəlinir. Yeni Məcəllə belə halda, yəni sürücünün gəlib çıxmasına baxmayaraq, avtomobil evakuasiya edilərsə, bunu edən şəxsin 200 manatdan 300 manatadək cərimə olunmasını nəzərdə tutur. Bu cərimə evakuasiyanın həmin qaydasını pozan evakuator sürücüsü, onun köməkçisi və ya hətta bu barədə göstəriş verən DYP əməkdaşına tətbiq oluna bilər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.