“Səudiyyə Ərəbistanının tutduğu yol və törətdiyi cinayətlər gələcəkdə bu ölkənin dağılmasına gətirib çıxaracaq”.
Bunu APA-ya açıqlamasında İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandan müavini general Hüseyn Salami deyib.
H. Salami Səudiyyə Ərəbistanını regionda müharibəni alovlandırmaqda və terrorçu qrupları dəstəkləməkdə ittiham edib: “Əl-Səud rejimi düşünür ki, başqa ölkələrdə müharibəni alovlandırmaq və təkfirçi qrupları dəstəkləməklə, Həcc ziyarətinin təşkilatçılığında səhlənkarlıq etməklə , tanınmış dini və siyasi şəxsiyyətləri edam etməklə bölgədə güclü dövlətə çevriləcək”.
H. Salami Səudiyyə Ərəbistanı rəsmilərini Səddam Hüseynin aqibətinin gözlədiyini bildirib. “Səudiyyə Ərəbistanı rəsmiləri Səddamın ötən əsrin 80-ci illərində getdiyi yolu gedirlər. Səddam rejimi də həmin vaxt qonşu ölkələrə hücum etdi, alimləri öldürdü, daxili etiraz dalğasını yatırdı. Sonda hamı Səddam rejiminin necə utancverici, zillət və nifrət içində dağılmasının şahidi oldu”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.