banner
banner

Sosİal

Azərbaycan teleməkanında ilk - fransız dili öyrədiləcək

Azərbaycan teleməkanında ilk -
CBC telekanalında ilk dəfə “Fransız dili dərsləri: Classe” tədris proqramı yayımlanacaq.
Axşam.az-ın məlumatına görə, bu telelayihə Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR, Heydər Əliyev Fondu, Fransanın Azərbaycandakı səfirliyi, Təhsil Nazirliyi və Bakı Fransız Liseyinin dəstəyi ilə həyata keçirilir. 
Telelayihənin məqsədi fransız dilini müstəqil surətdə öyrənmək istəyənlərə kömək etməkdir. Fransız dili dərsləri bu xarici dili öyrənməyə başlayanlar üçün nəzərdə tutulub. Tədris metodikasının əsas prinsipləri geniş istifadə edilən leksika, qrammatika qaydaları və dilin təsviri-hissiyat səviyyəsində qavranılması üzərində qurulub.
 
Telelayihədə Bakı Fransız liseyinin müəllim və şagirdləri iştirak edirlər. Bu layihə CBC telekanalının Bakı Fransız Liseyi ilə həyata keçirdiyi ilk birgə layihədir. 
 
Hər bir dil – dünyaya bir pəncərədir. Xarici dili öyrənərkən hər bir kəs özü üçün yeni perspektivlər və imkanlar aşkar edə bilər.
 
“Classe” tədris proqramının ilk buraxılışını yanvarın 9-da Bakı vaxtı ilə saat 20:20-də CBC telekanalında izləyə bilərsiniz. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.