Zorik öldürülən "Qızıl Məryəm"dən danışdı: "Qızı üçün hər şey edirdi"
Klipmeyker Zöhrab Ağayev (Zorik) “Qızıl Məryəm”in qətlindən danışıb. Axşam.az-a açıqlama verən Zorik onunla yaxın dost olduğunu, ölüm xəbərindən sarsıldığını bildirib: “Onu qızının öldürdüyünü oxudum, şoka düşdüm. Belə anaya necə qıymaq olardı? Məryəm xanım əsl ana idi. Hər şeyi övladı üçün edirdi. Bahalı maşın belə almışdı. Ölümündən bir gün əvvəl onunla danışmışdıq, görüşməli idik. Biz əsl dost idik. Belə bir ölüm arzulamazdım. Qızını anası tərəfindən tanımışam. Normal, sakit bir qız idi. İnana bilmirəm ki, belə şey edə bilər. Hər zaman qızına deyirdim ki, “Belə ana yer üzündə yoxdur. Nə istəyirsən sənə edir”. 2 ildir İstanbulda yaşayıram, onu görmürdüm. Son zamanlar insanlarda vəhşiləşmə gedir. Yenidən buralardan qaçıb, İstanbula getmək istəyirəm”.
Qeyd edək ki, Məryəm Nametzadə bir çox məşhurlarla yaxınlığı ilə tanınır. Onun qızı Günel Hüseynova tərəfindən qətlə yetirildiyi açıqlanıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.