banner
banner

Gündəm

Sürücülərlə gömrükçülər arasında insident - Post 1 saatlıq bağlandı

Sürücülərlə gömrükçülər arasında insident -

Bu gün saat 14 radələrində Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun İdxal gömrük nəzarəti xətti ilə Gürcüstan Respublikasından gələn 35 BG 315, 35 BF 254, 05 BG 455, 35 BX 020, 35 BH 350, və 35 BD 666 dövlət nömrə nişanlı minik nəqliyyat vasitələrinin sürücüləri gömrükçülərin avtomobillərə gömrük baxışı keçirilməsinə mane olub.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən Cia.az-a daxil olan məlumata görə, ilkin baxış zamanı gömrükçülər minik nəqliyyat vasitələrinin hər birinin yük yeri və salonunda qanunla müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq, kommersiya məqsədləri üçün nəzərdə tutulan mallar – 200 kiloqrama qədər meyvə olduğunu müəyyən edib.

İstehlak miqdarından artıq olan mallara görə sənədlər və gömrük rüsumu ödənilməsi tələb olunduqda isə nəqliyyat vasitələrinin sürücüləri buna etiraz edərək yükə aid sənədləri təqdim etməkdən və rüsumu ödəməktən imtina ediblər. Gömrükçülərin qanuni tələblərinə məhəl qoymayan həmin nəqliyyat vasitələrinin sürücüləri daha sonra gömrük əməkdaşlarını idxal gömrük nəzarəti xəttini bağlamaqla hədələyiblər.

Dəfələrlə tələb edilməsinə baxmayaraq avtomobilləri idxal gömrük nəzarəti xəttindən götürməyən sürücülər gömrük əməkdaşlarına qarşı fiziki təzyiq göstərərək nalayiq ifadələr işlədiblər. Vəziyyəti nəzərə alan Tovuz Gömrük İdarəsinin rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət edib və əraziyə gələn polis əməkdaşları müvafiq tədbirlər həyata keçirdikdən sonra gömrük postunun fəaliyyəti 1 saatlıq fasilədən sonra bərpa olunub.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.