banner
banner

Gündəm

ATV DİN-i niyə “vurub”? - Şok təfərrüat

ATV DİN-i niyə “vurub”? -

ATV kanalının bu gün yol polisləri ilə bağlı hazırladığı sərt tənqidi videomaterial gündəmin əsas mövzularından birinə çevrilib. Belə ki, TV-nin “Son xəbər” buraxılışında Daxili İşlər Nazirliyi əməkdaşlarının sürücülərə qarşı qanunsuz əməlləri barədə danışılıb və bunu sübut edən görüntülər təqdim olunub.

Kanalın hazırladığı material reallığı əks etdirsə də, toxunulan problemlər hamının ürəyindən xəbər versə də, illərdir bu məsələləri görməzdən gələn kanalın birdən-birə cəsarətlənməsi sual doğurub.

Belə bir məqamda kanalın Daxili İşlər Nazirliyini sərt tənqid etməsinin səbəbləri ilə bağlı AzNews.az-a maraqlı informasiya daxil olub. Hüquq mühafizə orqanlarından daxil olan məlumata görə, TV-nin yol polisinə qarşı sərt davranmasının kökündə bir neçə gün əvvəl baş vermiş hadisə dayanır. Belə ki, ATV-nin icraçı direktoru Rauf Dadaşovun idarə etdiyi “Toyota Prado” markalı avtomobil (Nömrə nişanı - 10 UE 579) yanvarın 5-dən 6-a keçən gecə yol polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb. Avtomobilin saxlanılmasına səbəb qadağan olunmuş “ksenon” işıqlarından istifadə edilməsi olub.

Məsələyə ATV-nin prezidenti Vüqar Qaradağlı səviyyəsində müdaxilə edilməsinə baxmayaraq, həmin gün avtomobil cərimə meydançasından buraxılmayıb. Sürücüyə İnzibati Xətalar Məcəlləsinin 155.2.2 maddəsiylə protokol tərtib olunub.

Bundan qəzəblənən TV rəhbərliyi Daxili İşlər Nazirliyinin qanunsuzluqlarını nümayiş etdirən süjet hazırlayıb.

Məlumat üçün bildirək ki, Rauf Dadaşov Vüqar Qaradağlının həm də qaynıdır.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.