banner
banner

Şou

Keyt Midlton haqqında gözlənilməz iddia

Keyt Midlton haqqında gözlənilməz iddia

İngilis kral ailəsinin məşhur üzvləri Keyt Midltonla Şahzadə Uilyam haqqında yeni bir iddia ortaya atılıb. 
ABŞ-da yayımlanan maqazin jurnallarında tanınmış cütlüyün üçüncü dəfə valideyn olacağı yazılıb. İddialara görə, Keytlə Uilyam bu xoş xəbəri Yeni il tətili zamanı ailə üzvləri ilə bölüşüblər. 
33 yaşlı Keytin yaşı çoxalmamış yenidən uşaq sahibi olmaq istədiyi deyilir. İngilis mətbuatı isə ABŞ mətbuatının əksinə olaraq, “hamiləlik” xəbərlərinin yanlış olduğunu irəli sürür. İddialar təsdiqini taparsa, K.Midlton yayda ana olacaq. 

Qeyd edək ki, Keytlə Uilyamın 2013 və 2015 təvəllüdlü biri oğlan, digəri qız olmaqla iki övladı var.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.