banner
banner

Gündəm

“Bizə vəsiyyət edib getdi...” - Zəlimxan Yaqubun oğlu

“Bizə vəsiyyət edib getdi...” -

Xalq şairi Zəlimxan Yaqubun evində təziyyə mərasimi keçirilir.

Cia.az xəbər verir ki, musavat.com-a açıqlama verən mərhum şairin oğlu Bəhlul Yaqubov böyrək çatışmazlığından əziyyət çəkən Z.Yaqubun son anından bəhs edib:

“Atamdan səhhəti ilə bağlı çox şey gizlədirdik. İnsandır, yəqin ki, ölümünü hiss edirdi. Bizə vəsiyyət edib getdi. Son sözləri “Xalqım, millətim üçün mənalı ömür yaşadım, övladlarıma da bu cür həyat yaşamağı arzulayıram” oldu”.

Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub yanvarın 11-də Birinci Fəxri Xiyabanda dəfn olunacaq. Mərhum ilə vida mərasimi yanvarın 11-də saat 12.00-dən 14.00-dək Təzə Pir məscidində keçiriləcək.

“Bizə vəsiyyət edib getdi...”  -  Zəlimxan Yaqubun oğlu
“Bizə vəsiyyət edib getdi...”  -  Zəlimxan Yaqubun oğlu
“Bizə vəsiyyət edib getdi...”  -  Zəlimxan Yaqubun oğlu

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.