İzmirdə tələbələrlə görüşən müğənni Bedük sosial şəbəkələrə nifrət etdiyini bildirib. O, "Facebook", "Tvitter" kimi şəbəkələrin gənclərə ziyan verdiyini deyib: "Onların sosial media olması fikrinə qarşıyam. Bu sosial şəbəkələr ancaq "bəyəndim" sayının toplanması üçün məna daşıyır. İnsanlar səviyyəni topladıqları bəyənmə sayına görə ölçürlər. Buna görə də sosial şəbəkələrə nifrət edirəm. Onların çox dəyərli kimi göstərilməsi gənclərin də xeyrinə deyil. Sosial şəbəkələrdə "Nə qədər insan baxdı? Nə qədər insan bəyəndi?" düşüncələri aradan qaldırılarsa, daha yaxşı olar".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.