banner
banner

Sosİal

Dəm qazından necə qorunmalı?

Dəm qazından necə qorunmalı?

Zəhərlənmə hadisələri arasında dəm qazı səbəbindən zəhərlənmə faktlarına daha çox rast gəlinir.

Bir çox hallarda qeyri-standard soba və sıqızdırıcılardan istifadə, havalandırma sisteminin olmaması və bu kimi amillər insan həyatına ölümcül təhlükə yaradır.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, dəm qazından zəhərlənmə faktlarının araşdırılması göstərir ki, əksər hallarda bu kimi hallara havalandırma sisteminin düzgün qurulmaması səbəb olur. Suqızdırıcılar və sobalardan düzgün istifadə olunmaması, ehtiyatsızılıq və digər amillər də bu sırada əsas yer tutur. Nəticədə çox təhlükəli olan qazların insan orqanizmi tərəfindən qəbul olunması bədbəxt hadisələrə yol açır. Elə son günlər bir çox insanın dəm qazından zəhərlənməsi bu məsələnin aktuallığından xəbər verir.

Bacaların vaxtında təmizlənməsi, vanna otaqlarında nəfəsliklərin qoyulması, qeyri-standard cihazlar, kustar üsulla hazırlanmış qaz sobaları və suqızdırıcılarından imtina etməklə bu təhlükəni önləmək olar.

Suqızdırıcıların keyfiyyətinə əmin olmaq üçün satıcıdan həmin avadanlığın sertifikatını tələb etmək məsləhətdir. Bundan əlavə, malın üzərindən yazılmış təhlükəsizliklə bağlı təlimatlara də diqqət yetirmək vacib şərtdir. Eləcə də cihazları quraşdıran ustaların da məsləhətlərinə əməl etmək lazımdır.

Hazırda bu cihazların satışına təlabat elə də böyük deyil. Satıcıların sözlərinə görə, əvvəllər gün ərzində 3-4 suqızdırıcı satılırdısa, indi ay ərzində bu miqdarda satılır. Bu cihazların qiyməti isə iş qabiliyyətinə görə 90-150 manat arasında dəyişir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.