San-Diyeqolu fotoqraf Ari Seth Cohen qadınların hər yaşda dəbli görünə biləcəyini göstərmək üçün yeni bir layihə hazırlayıb.
Fotoqrafın “Qabaqcıl dəb” adlanan layihəsi üçün 59-102 yaş arası qadınlar kamera qarşısına keçib.
Daha çox modellərin yer aldığı layihə üçün Ari müxtəlif ölkələri gəzib. Keçmiş modellər rəngarəng libasları, zərif və eleqant görüntüləri ilə yaşın dəbə və gözəlliyə heç bir təsirinin olmadığını göstərib.
“Həyatı sevərək yaşayırsınnızsa, o, çox maraqlıdır. Can sıxıntısı deyə bir şey yoxdur, yaşamamaq var”.
Fotoqraf çəkdiyi qadınlardan 22-nin həyat hekayəsini kitab halında çap edib.
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.