Eldar Mahmudovun adamları səhmləri qaytardı, Misir Mərdanovun xalası oğlu banka ortaq oldu
“Texnikabank” ASC-nin səhmdarlarının strukturunda dəyişikliklər baş verib.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, ən iri səhmdar 87,06%-lik paya sahib olan Əliyev Etibar Mahmud oğludur. Bankın digər səhmdarları 4,9%-lik paya sahib olan Dəmirov Allahverdi Huseyn oğlu və 8,04%-lik paya sahib olan Cabbarov Mirfalax Cabbar oğludur.
Bundan öncə bankın səhmdarları “Beaufort Investissements S.A.” şirkəti (78,4421%) və fiziki şəxslər (21,5579%) olub.
“Beaufort Investissements S.A.” Lüksemburqda qeydiyyatdan keçmiş offşor şirkətdir, hal-hazırda aktivdir. Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin və onun qudası, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun benefisiarları tərəfindən idarə olunurdu. Belə ki, MTN qara maskalıları 2012-ci ilin martında “Texnikabank”ın sahibi E.Əliyevi həbs edəndən sonra onu bankın səhmlərini həmin offşor şirkətin adına keçirməyə məcbur etmişdilər. E.Mahmudovun işdən çıxarılmasından və MTN-dəki bandanın zərərsizləşdirilməsindən sonra E.Əliyevin aktivlərinin geri qaytarılması təmin olunub. C.Hacıyevin banka təyin etdiyi adamlar uzaqlaşdırılıb.
Bankın indiki səhmdarları arasında yer alan Allahverdi Dəmirovun adı isə ictimaiyyətə yaxşı tanışdır. O, Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin keçmiş rəhbəridir, keçmiş təhsil naziri Misir Mərdanovun xalası oğludur. Alahverdi Dəmirov Təhsil Nazirliyinin tikinti layihələrinə cavabdeh olub və barəsində ciddi korrupsiya iddiaları mövcuddur. A.Dəmirov 2011-ci ildə işdən çıxarılıb, onun Təhsil Nazirliyində korrupsiya işi üzrə Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dəfələrlə dindirildiyi haqda xəbərlər yayılmışdı.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.