banner
banner

Gündəm

Böhran Nazim İbrahimovu da vurdu - Xanımının mağazası bağlandı

Böhran Nazim İbrahimovu da vurdu -

Manatın ikinci devalvasiyasından, həmçinin neft qiymətlərinin kəskin ucuzlaşmasından sonra ölkədə ciddi maliyyə problemləri yaranıb. Bunun nəticəsi olaraq paytaxda və bölgələrdə bir çox məşhur restoran və mağazalar, digər iaşə obyektləri bağlanıb.

Böhran məmurlardan da yan ötməyib. Bizneslərinə ciddi şəkildə ziyan dəyən məmurlar son aylarda restoranlarını, mağazalarını və digər biznes obyektlərini bağlamalı olurlar. Prosesin qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.

Şəxsi biznesində problemlər yaranan məmurlardan biri də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. Qaynar.info-nun əldə etdiyi məlumata görə, komitə sədrinin həyat yoldaşı Minayə İbrahimovaya məxsus olduğu iddia edilən brend mağaza artıq fəaliyyətini dayandırıb.

Bakı Metropoliteninin Sahil stansiyasının yaxınlığında yerləşən brend geyim mağazası olan "VBC"nin qapıları bağlanıb və üzərinə "İcarəyə verilir" sözləri yazılıb.

Nazim İbrahimova yaxın mənbələrin verdiyi məlumata görə, bu komitə sədrinin bağladığı yeganə mağaza deyil. Onun şəhərdəki başqa bir neçə obyekti də böhrana görə fəaliyyətini dayandırmalı olub.

Böhran Nazim İbrahimovu da vurdu -  Xanımının mağazası bağlandı

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.