banner
banner

Gündəm

Səfirdən xanımı haqda açıqlama - “Rüşvət yox, hədiyyə verib”

Səfirdən xanımı haqda açıqlama -

Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov səfir olduğu ölkədə həyat yoldaşı Nəzirə Zeynalovaya cinayət işi açılması ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.

E. Zeynalov APA-ya açıqlamasında bildirib ki, həyat yoldaşı N. Zeynalova ötən ilin sonunda sürücülük vəsiqəsi ilə bağlı bütün imtahanları və lazım olan mərhələləri əla göstəricilərlə verib:

"Bütün mərhələləri özü keçəndən sonra əməkdaşa 500 yox, 50 avro Yeni İl qabağı hədiyyə olaraq verib. Yəni vəsiqə müqabilində yox, sadəcə sonda, hər şeyi özü yerinə yetirəndən sonra Yeni İl hədiyyəsi kimi təqdim edib. Bu hər yerdə, eləcə də burda adi haldır. Sadəcə o məmur görüb ki, bu səfir xanımıdır, qorxuya düşüb nədirsə götürüb öz idarələrinə bunu rüşvət kimi təqdim edərək məlumat verib. Onlar da buranın Xarici İşlər Nazirliyinə məlumat veriblər. Buranın XİN-i isə mənə bunu təəssüflə bildirdilər ki, “heyif ki, o məmur bunu belə anlayıb” və mənə buna görə narahat olmamağımı bildiridlər. Çünki onlar mənim fəaliyyətimi çox yaxşı bilirlər. Burada hər şey açıq aşkar bilinir".

Səfir qeyd edib ki, onun xanımı ilə bağlı cinayət işi açılması barədə xəbər həqiqəti əks etdirmir:

"Diplomatlarla və onların ailəsi ilə bağlı müvafiq konvensiyaya görə cinayət işi açıla bilməz. İkincisi isə burada bu hala görə cinayət işi açılmır, ən azı onun açılması üçün bu yetərincə sübut sayılmır. Çünki xanımımın sürücülük vəsiqəsi ilə bağlı bütün imtahanları özünün verdiyi rəsmən təsdiqlənmişdi, onlar tərəfindən bu qeydə alınmışdı. Yəni pul, özü də elə az miqdarda hədiyyə şəklində verilən pul vəsiqəni almaq üçün təklif olunmayıb”.

E. Zeynalov qeyd edib ki, o, səfir kimi fəaliyyətində həmişə diqqətli və həssas olub:

“Mən indi buranın da qanunlarını bildiyim halda heç belə addıma yol verə bilərəmmi? Ona görə də məlumatları yazarkən mənimlə əlaqə saxlamaq daha yaxşı olardı. Mən vətənimin və dövlətimin keşiyində, onun adı ilə həmişə şərəflə, qürurla xidmət etmişəm”.

Qeyd edək ki, haqqın.az saytı Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalovun xanımı Nəzirə Zeynalovanın sürücülük vəsiqəsi almaq üçün Latviyada məmura 500 avro rüşvət verdiyini, bununla bağlı məmurun müraciəti əsasında cinayət işi açıldığını yazıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.