banner
banner

Gündəm

Rüfət Səfərov siyasi məhbus sayılacaqmı?

Rüfət Səfərov siyasi məhbus sayılacaqmı?
Yanvarın 15-də Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, alovlu YAP-çı Eldar Sabiroğlunun Zərdab rayon prokurorluğunda tutduğu vəzifədən qovulan oğlu Rüfət Səfərov həbs edildi. Dekabrın 20-də müstəntiq vəzifəsindən istefa verən YAP funksionerinin oğlu barəsində bir müddət öncə cinayət işi başlanılmışdı. O, rüşvət almaqda ittiham olunur.
Onun həbsində siyasi çalarların olduğunu düşünənlər az deyil. Çoxları hesab edir ki, R.Səfərovun vəzifəsindən istefa verməsi, ardınca hakimiyyət barədəki açıqlamaları onun həbsinə səbəb olub. Yerli və beynəlxalq hüquq təşkilatlarının onu siyasi məhbus kimi tanıyıb-tanımayacaqları sual doğurur.
 
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sabiq müstəntiqin həbsini siyasi yox, qərəzli hesab etdiyini söylədi: “Hüquq müdafiəçilərinin adından danışa bilmərəm. Rüfət Səfərov hüquq-mühafizə orqanlarında çalışıb və işlədiyi sahədə aparılan siyasətlə, fəaliyyətlə və.s razılaşmayıb, öz rəhbərliyinə etirazını bildirib. Qarşılıqlı olaraq Baş Prokurorluq yoxlama aparıb və onu həbs edib. Düşünürəm ki, əslində hüquq mühafizə orqanlarında belə yoxlamalar aparılsa, bir çox adamı həbs etmək və yaxud işdən çıxarmaq olar. Rüfət Səfərovun həbsini siyasi yox, qərəzli hesab edirəm. Ölkədə isə belə qərəzli və ədalətsiz həbs olunanlar çoxluq təşkil edir. Hər qurum ona qarşı çıxanlarla öz üslubu ilə hərəkət edir. İş yerlərində işdən qovmaqla, hüquq mühafizə orqanlarında həbs etməklə...”

Dilarə Əliyeva adına Qadınların Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu isə R.Səfərovu siyasi məhbus sayacaqlarını bildirdi: “Əlbəttə, onu siyasi məhbus kimi tanıyacağıq. Ona görə ki, bu şəxs öz fikrini azad şəkildə deyib. Bu baxımdan düşə bilər siyasi siyahısına. Tək qərar verə bilmərəm. Biz yığışırıq, birlikdə qərar veririk. Amma bu şəxsi siyasi məhbus elan etmək olar. Bu kriteriyalara cavab verir”.

Hüquq müdafiəçisi Arzu Abdullayeva məsələni tam araşdırandan sonra bu barədə qərar verməyin doğru olduğunu söylədi: “Əvvəlcə baş verənləri tam yoxlamalıyıq. Onun barəsində ilk fikir belədir ki, mərd insandır. Etiraz etdiyinə görə, həbs olunub. Amma bəzi yoxlanmalı meyarlar var. Bunlar yoxlanılmalı, doğrudursa, siyasi məhbus kimi onu tanıyacağıq. İlk düşüncəmiz onun siyasi məhbus olmasıdır. Məhkəmə prosesi başlayanda çox həqiqətlər üzə çıxacaq. İşin mahiyyətinin nə dərəcədə siyasi olduğu o zaman məlum olacaq”.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səadət Bənəniyarlı məsələni nəzarətə götürdüklərini bildirdi: “İndiyə qədər məsələdə siyasi motivlərin olduğunu hələ ki görürük. Əgər onun çıxışlarından qabaq bu hadisə baş versəydi, başqa cür qiymətləndirərdik. Məlumatlar üzə çıxdıqca, araşdırmanı sürətləndirəcəyik”.
 
Qeyd edək ki, R.Səfərov artıq 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Rüfət Səfərovun vəkili Bəhruz Bayramovdan son durumu öyrəndik. O, hüquqlarını müdafiə etdiyi şəxsin həbsi ilə bağlı bunları dedi: “O, barəsində çıxarılan qərarı absurd adlandırdı. Gülərək qarşıladı. Həbsinə hazır idi. Özü də bunu bildirdi. Səhhəti, əhval-ruhiyyəsi normaldır. Bir az təzyiqi qalxmışdı. O da həbslə bağlı deyildi. Səhhətində tez-tez bu hallar olur. Şənbə günü onunla görüşdüm. İstintaq hərəkətləri ilə tanış olduq. Şənbə və bazar günləri iş günü olmadığından qərardan bazar ertəsi apelyasiya şikayəti veriləcək”.
Xatırladaq ki, R.Səfərova qarşı Cinayət Məcəlləsinin 311( rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb. Barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.