Qarabağ Ermənistan ordusunun əsgərləri üçün əsl məzarlığa çevrilib.
ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Qarabağda ölən erməni əsgər Artur Marqaryanın işi ilə bağlı cinayət işi açılıb. Cinayət işi "özünü öldürmə həddinə çatdırma" maddəsilə başlanıb. Əsgərin zabitlər tərəfindən döyüldüyü və alçaldıldığı ehtimal edilir.
Qeyd edək ki, Marqaryanın meyiti sinəsində güllə yarası ilə Qarabağdakı postlardan birində aşkarlanıb. Hərbçi hospital yolunda ölüb.
Xatırladaq ki, son günlər Ermənistan ordusunda intihar və bədbəxt hadisə ilə bağlı xəbərlər çoxalıb. Son günlər ərzində 10-a yaxın erməni hərbçinin belə hadisələr nəticəsində öldüyü bildirilir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.