Qarabağ separatçıları Azərbaycanın işğal altındakı torpaqlarında ekokənd yaratmaq niyyətindədirlər.
CİA.Az Modern.az-a istinadən xəbər verir ki, Qarabağa səfər edən erməni əsilli rusiyalı biznesmen Ruben Vardanyan Xocalının Təzəbinə kəndində turizmi inkişaf etdirmək üçün ekokənd yaratmaq niyyətində olduğunu deyib. O, bunun üçün tələb olunan bütün maliyyə xərclərini öz üzərinə götürəcəyini bəyan edib. Vardanyan ekokənd yaratmaqla xarici, ilk növbədə rusiyalı turistlərin Dağlıq Qarabağa kütləvi axınını təmin etmək niyyətində olduğunu da deyib.
Ermənilərin Noraqyux adlandırdıqları Təzəbinə kəndi Azərbaycanın işğal altındakı Xocalı rayonunun inzibati ərazisidir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.