banner
banner

Sosİal

Bulvarda möhtəşəm atəşfəşanlıq

Bulvarda möhtəşəm atəşfəşanlıq

Yeni il günü Bakıda möhtəşəm atəşfəşanlıq olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

Onun sözlərinə görə, paytaxt sakinləri atəşfəşanlığı dekabrın 31-i günü gecə saat 00:00-da izləyə biləcəklər.

İdarə rəisi əlavə edib ki, Yeni il şənlikləri ilə əlaqədar dekabrın 20-dən etibarən Bakı Bulvarında 10 yerdə yolka bəzədiləcək.

Hər bir ağacın yanında isə bir Şaxta Baba və Qar Qız olacaq.

Nazim Məcidov Bulvar ərazisində yeni attraksionların hazır olacağı vaxtı da açıqlayıb:

“İtaliyada istehsal olunan yeni attraksionların artıq yerləri hazırdır. Artıq quraşdırılması nəzərdə tutulan attraksionların ölçüləri də məlumdur. Attraksionların bünövrələri hazırdır. İlin sonuna qədər və ya yeni ilin əvvəllərində onların istifadəyə verilməsi planlaşdırılıb”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.